Hər bir biznes vahidi təsərrüfat fəaliyyətindəki əməliyyatların ilk əvvəl mövcud qanunvericiliyə və normativ hüquqi aktlara uyğun, başa düşülən və nəticəni düzgün əks etdirməyə vara biləcək uçot sisteminin olmasını arzu edir. Arzu etməyən Sahibkarlar sonrakı fikirlərimizi oxumaya bilərlər... Bu uçot sisteminin hər hansı fərdlərdən asılı olmamağı, insan faktorunun minimal olmağı, avtomatlaşmanın maksimum olmağı isə daha etibarlı daha dəqiq məlumatarın əks olunmağı deməkdir.
Bu sahədə 10 illik təcrübəmizə əsaslanaraq deyə bilərik ki, avtomatlaşma və proqram təminatının tətbiqi zamanı istehsal, xidmət, satış sahələrində fəaliyyət göstərən müəssisələrin təsərrüfat fəaliyyətini öyrənməyimiz onların zəif, güclü, riskli və qeyri müəyyən tərəflərini aydınlaşdırmağa imkan vermiş və bunu öz fəaliyyətimizdə nəzərə alaraq daha mükəmməl tətbiqlərin hazırlanmasına və onların uçot sistemində idarə olunmasına nail olmuşuq.