Dəyərli Sahibkarlar, Sizləri əmin edə bilərik ki günümüzdə uçot siyasəti olmadan fəaliyyət göstərən kifayət qədər kiçik, orta və iri sahibkarlıq subyektləri vardır. Düzdür, bizneslər uçot siyasəti olmadan da idarə olunur, nəzarət edilir, gəlir gətirir və s. Maraqlıdır bəs Uçot siyasəti nədir? Kimə, nəyə, nə üçün lazımdır? Mühasibat uçotu haqqında qanunumuza baxsaq - Uçot siyasəti - maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalardır.
Bu prinsiplərə, əsaslara, şərtlərə hər bir müəssisədə fərqli yanaşılır. Bu yanaşma ilə uçot əməliyyatları əks olunur, hesabatlar təqdim edilir və nəticədə fikir ayrılıqları ilə düzgün və ya səhv olan Maliyyə nəticələri müzakirə edilir... Lakin daha professional Sahibkarlar belə yanaşmamalıdır. Sizlərə tətbiq edəcəyimiz müasir, mövcud qanunvericilik aktları əsasında hazırlanmış proqram təminatı vasitəsi ilə Uçot siyasəti avtomatik tərtib olunur, müzakirə edilir, spesifik fəaliyyət miqyası nəzərə alınır və təsdiq edilir. Artıq fəaliyyətin maliyyə nəticələri ilə bağlı iş mexanizmi – uçot siyasəti müzakirə olunmur. Resurs və imkanlar digər məqamlara fokuslanır.