Təsərrüfat subyektlərində baş verən əməliyyatların əks olunması, onların mühasibat yazılışlarında qeydə alınması, zəruri uçot məlumatlarının milli mühasibat uçotu və mühasibat uçotu haqqında qanuna əsaslanaraq aparılması, vergilərin və digər öhdəliklərin düzgün hesablanması, vaxtında bəyannamələrin təqdim olunması və uçotun hər hansı qarşılıqlı, əlaqəli məlumatların etibarlı əldə edilməsi deməkdir.
Sahibkarların özlərinə məxsus biznes yanaşmaları vardır ki bu da bəzən az bəzən isə çox fərqli uçot siyasətlərini formalaşdırır. İdarəetmə və maliyyə uçotu vasitəsi ilə qeyd olunan əks olunmaların daha uyğun, daha düzgün və etibarlı təzahürü uğurlu bizness qərarlarının verilməsinə dəstəkdir.
Əksər vaxt Rəhbərlər, idarəedənlər müəssisənin bazar payının və biznesin əhatə dairəsinin genişləndirməyi və ya rəqabətliliyi qoruyub saxlamağı ön plana çəkərək işlərin irəlləməsinə nail olurlar. Lakin bu qət edilən yolda geriyə baxanda qarışıq uçot məlumatları və ya unudulan əks olunmayan məlumatlar növbəti inkişaf planlarını alt üzt edir. Uçotu postperiod vaxt ilə bərpa etmək, əməliyyatların əmələ gəlmə mənbələrini müəyyən etmək, tərkibini təyin edib düzgün yerləşdirmək uçotun bərpası və yenidən qurulmasını ehtiva edir.
Müasir dövrdə müəssisələrdə insan kapitalı ən vacib elementdir. Onların idarəedilməsi, işçilərlə hesablaşmaların düzgünlüyü, onların qiymətləndirilməsi bir sözlə Kadrlar işi - modern sistemlərlə təmin olunaraq hər cür hesablaşmaları, əmək qanunvericiliyi və digər normativ hüquqi aktlarla işçilərin hüquqlarını qoruyur onların daha səmərli iş fəaliyyətini təmin edir.
Hər bir müəssisənin daşınan və daşınmaz əmlakı işlərin idarəedilməsində əsas vasitədir. İnventarlarla bağlı qərarlar yalnız inventarizasiya nəticələrinə əsasən verilir. Maddi, qeyri maddi, qısa müddətli və ya uzun müddətli inventarların uçot məlumatları ilə faktiki sayım məlumatlarının müqayisəsi isə öz effektivliyini daxildəki əməkdaşlara yox kənar şəxslərlə (tərəfsiz) işləyəndə göstərir.
Təsərrüfat əməliyyatların icraçısı kimi maraqlı tərəfləri təmin edən zaman bilməyərəkdən və ya bilərəkdən tərif olunmuş əməliyyatlar uçot registrlərində əks olunur. Daxili auditin keçirilməsi isə Sizlərə əminlik verir. Arxayın oluruq ki bilərəkdən edilənlər düzəldildi və cəzalandı, bilməyərəkdən edilənlər də düzəldildi və təlimə cəlb edildi.
Mülki məcəlləyə baxsaq: 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Burada illik audit rəyi mikro və kiçik sahibkarlı subyektləri istisna olmaqla bütün subyektlərə şamil edilir. Bu məcburidir. Lakin könüllü distisna olan sahibkarlıq subyektləridə müstəqil audit rəyini ala bilərlər.
Aylıq, rüblük, illik Maliyyə hesabatları hər bir sahibkar üçün maraqlıdır. Çünki təsərrüfat vasitələrinin əmələgəlmə mənbəsini, tərkibini və yerləşməsini Balans və ya Maliyyə vəziyyəti haqqında hesabatda, gəlirlə və ya zərərlə işləməyini Mənfəət və zərər hesabatında, pul kütləsinin axınını Pul vəsaitləri haqqında hesabatda, cəlb edilən kapitalın artıb və ya azalmasını isə Kapitalda dəyişikliklər haqqında hesabatda baxa bilər.