İş şəraitindən, mövcud kadr ehtiyatından, ayrılmış büdcədən və ya digər səbəblərdən artan iş yükünü həmən paylaşmaq, uçot məlumatlarını vaxtında əks etdirmək və ya xüsusi tapşırılmış mühasib işlərini görmək zərurəti yaranan zaman bu hal əla seçimdir.
Əməliyyat qərarlarının verilməsi üçün Sahibkarlar çox vaxt hansısa rəqəmi soruşur və ya hansısa qalıqla maraqlanır. Məsul şəxs əlçatan olmayanda və ya onun məlumatlara baxıb yenidən geri dönüş edəcəyi halında isə operativlik itir və əmliyyat qərarları gecikir. Heç kimdən asılı olmayaraq bir toxunuşla əməliyyat qərarlarını verə biləcək qədər informativ həllər var.
Biznes kəşfiyyatı (BI) analitiki - biznesin inkişafı və təkmilləşdirilməsi üçün tövsiyələri müəyyən etmək üçün şirkət daxilində mürəkkəb məlumat dəstlərini təhlil edərək bunu edir. Şirkətin məlumatları emal edilərək arzu olunan, başa düşülən və vizual açıqlamaları ilə qarşınızda olur.
Mikro və bəzi kiçik sahibkarlıq subyektləri əksər hallarda ağır artileriya sayılan baş mühasibi daim yanında saxlamaq onun nəzarətində mühasib – operatorların işlərinə arxayın olmaq imkanına malik olmur. Həmçinin öz mühaibatlığının olmasınıda arzu edir, lakin narahatdır. Bu halda ən mükəmməl seçim baş mühasib xidmətidir.
Kiçik və orta bizness sahibləri rəqabətlilik şəraitini və maliyyə nəticələrini düzgün qiymətləndirmək üçün maliyyə hesabatlarına ehtiyac duyur. Əksər hallarda bunu baş mühasiblər müəyyən mühasibat hesabatlılığına uyğun tərtib edir və Rəhbərliyə təqdim edirlər. Lakin bu o deyil. Maliyyə direktoru isə artıq rəhbər işçi, artıq xərc kimi görsənir. Mühasiblər əməliyyatları işləyir, baş mühasib onların əks olunmalarını və ayın bağlanmasını tamamlayır, cəlb edilən maliyyə direktoru xidməti isə etibarlı, standartlara cavab verən maliyyə hesabatları ilə Sizləri tanış edir.
Bu üçlük, şirkətin strateji proseslərini detallı müəyyən edərək qısa və uzun müddətləi hədəfləri müəyyən edir. Bu prosess adətən şirkətin maliyyə departamenti tərəfindən baş maliyyə inzibatçısı tərəfindən idarə olunur. Böyük və həcmli komanda işinin əvəzinə anlaşılan və proqram dili ilə həll etmək əlimizdədir.